Airbag (crash)
Airbag Təmiri və Crash Data Silinməsi (Hava Yastıqlarının Bərpası)
Avtomobil qəzaya uğradıqda və ya bərk zərbə aldıqda, hava yastıqları açılsa da, açılmasa da, maşının beyninə Crash Data (qəza yaddaşı) yazılır. Bu məlumat yazıldıqdan sonra cihazla silmək mümkün olmur və mütləq proqramlaşdırma tələb olunur. Avto-servis.az olaraq biz, Airbag (hava yastığı) sistemlərinin tam bərpasını, beyinlərin sıfırlanmasını və təhlükəsizlik sistemlərinin yenidən işlək vəziyyətə gətirilməsini təmin edirik.
Airbaq (Airbag) Sistemində Hansı Xidmətləri Göstəririk?
Qəzalı maşınların elektronikasının yığılması böyük məsuliyyət tələb edir. Bizim avto elektrik və proqram təminatı üzrə mütəxəssislərimiz aşağıdakı işləri görür:
-
Crash Data Silinməsi: Airbag blokunun (SRS modulu) yaddaşındakı "qəza olub" məlumatının silinərək zavod vəziyyətinə qaytarılması.
-
Hava Yastıqlarının (Airbaqların) Yerləşdirilməsi: Açılmış şitlərin (panelin) və sükanın içindəki yastıqların yenisi ilə əvəz olunması.
-
Təhlükəsizlik Kəmərlərinin (Remenlərin) Açılması: Qəza zamanı kilitlənmiş kəmərlərin bərpası və pirotexniki patronların yenilənməsi.
-
Sükan Lentinin (Rulovoy Lenti) Təmiri: Airbag işığının yanmasına ən çox səbəb olan lentin dəyişilməsi. Eyni zamanda üst rulavoy kristavinin təmiri zamanı bu hissələrə xüsusi diqqət yetirilir.
-
Airbaq Beyni Təmiri: Blokun proqram xətalarının və qısaqapanmaların aradan qaldırılması.
Niyə Airbag İşığının Yanması Təhlükəlidir?
Bir çox sürücü tablodakı qırmızı "airbaq işığı"na əhəmiyyət vermir və ya sadəcə "lenti cırılıb" deyib keçir. Əslində, bu işıq yanırsa, qəza anında hava yastıqları açılmaya bilər. Buna görə də vaxtında avto diaqnostika etdirmək həyatınızı qurtara bilər.
Ehtiyat Hissələri və Ödəniş Şərtləri
Mərkəzimiz həm də bir ehtiyat hissələri mağazası kimi xidmət edir. Airbag sisteminə aid hər şeyi bizdən tapa bilərsiniz:
-
Orijinal hava yastıqları (sükan, diz, pərdə airbaqları).
-
Təhlükəsizlik kəməri sensorları və patronları.
-
Akkumulyator və enerji kabelləri (çünki qəza zamanı bəzi maşınlarda akkumulyatorun plyus terminalı partlayır).
-
Bütün bu ehtiyat hissələri və usta xidmətləri üçün nağd və kreditlə ödəniş imkanı mövcuddur.
FAQ: Airbaq və Qəza Yaddaşı Haqqında Suallar
-
Crash data silindikdən sonra blokun yenisini almağa ehtiyac var? Xeyr, proqram vasitəsilə crash data silinməsi edildikdə köhnə blok zavod kimi olur və yenisini almağa yüzlərlə manat xərcləməyə ehtiyac qalmır.
-
Şit yığılanda airbaglar mütləq qoyulmalıdır? Bəli, biz müştərilərə təhlükəsizlik üçün "mulyaj" (boş qapaq) deyil, tam işlək hava yastıqları qoymağı tövsiyə edirik.
-
Toyota servis bölmənizdə bu işlər görülür? Bəli, xüsusilə Amerikan variantı olan Toyota modellərində (Camry, Prius) Airbag proqramlaşdırılması ən çox etdiyimiz işlərdən biridir.
-
Maşın ustası hava yastığını neçə vaxta yığır? Sistemin mürəkkəbliyindən asılı olaraq, proqramlaşdırma və quraşdırılma 2-5 saat çəkir.
-
Airbag (crash) təmiri qiyməti neçəyədir? Qiymət avtomobilin markasına və silinəcək məlumatın həcminə görə dəyişir. Dəqiq məlumat üçün avto servis mərkəzimizə yaxınlaşmağınız xahiş olunur.

